Əhməd Bilalovla bağlı ABŞ-dan - Açıqlama

19:27 - 23 Oktyabr 2019 - Xəbər

ABŞ-ın Miqrasiya və Gömrük polisinin nümayəndəsi Temmi Spayser Rusiya Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Əhməd Bilalovun saxlanılması ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da qanunsuz yaşayan Bilalov Floridadakı evində hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları tərəfindən tutulub. ABŞ-da 2 may 2016-cı il tarixindən yaşayan Bilalov miqrant statusu almayıb və ölkəyə buraxılma şərtlərini pozub.

Hazırda ROK-un eks-vitse-prezidenti ABŞ miqrasiya və gömrük polisinin nəzarətindədir və onun deportasiyasına hazırlaşırlar.

 

Xəbər xətti