Xaçmazda yol qəzası oldu- qaz xətti zədələnib

10:10 - 23 Oktyabr 2019 - Xəbər

Xaçmazda baş vermiş yol qəzası zamanı qaz xətti zədələnib

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb. Hazırda 80 abonentin qaz təminatı dayandırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.

Xəbər xətti