Türkiyədə zəlzələ olub

13:00 - 20 Oktyabr 2019 - Xəbər

Bu gün Türkiyədə zəlzələ olub.

APA-nın verdiyi məlumata görə, yerli vaxtla saat 09.53 radələrində Türkiyənin Van rayonunun Muradiyə qəsəbəsində 4 maqnitudalı zəlzələ olub. Təbii Fəlakətlər və Fövqəladə Vəziyyətlər İdarəsi (AFAD) zəlzələnin ocağının 9,4 km dərinlikdə yerləşdiyini açıqlayıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.  

Xəbər xətti