Kuba prezidenti Bakıya səfər edəcək

23:33 - 19 Oktyabr 2019 - Xəbər

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə "Report" Kubanın "Radio Habana Cuba" saytına istinadən xəbər verir. Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.

Xəbər xətti