Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 45 rayonda əmək yarmarkası təşkil edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda 2634 nəfər işsiz və işaxtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Ümumilikdə yarmarkalarda 1051 müəssisədən 12 830 vakant iş yeri təqdim edilib. Əmək yarmarkalarında 175 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. 239 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib. Qeyd edək ki, ümumilikdə bu il ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulub.
Tarix
19 Oktyabr 2019 [14:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-19 14:33:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin