Türkiyədə yük qatarı relsdən çıxıb

11:00 - 19 Oktyabr 2019 - Xəbər

Türkiyənin qərbindəki İzmir vilayətində yük qatarı relsdən çıxıb.

Qəzaya səbəb yağışdan sonra relsin altındakı qruntun çökməsi olub. Hadisə nəticəsində yeddi vaqon relsdən çıxıb.

Xəsarət alanların olmadığı və qatarların hərəkət cədvəlində ləngimələrin yaranmadığı deyilir./trend

Xəbər xətti