Yerə nəhəng asteroid yaxınlaşır

08:36 - 19 Oktyabr 2019 - Xəbər

Yerə nəhəng asteroid yaxınlaşır. “Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb. Asteroidin diametri 400 metrdən 1 km qədərdir. Bildirilib ki, oktyabrın 25-də bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək Lakin NASA asteroidin Yer üçün təhlükə törətməyəcini bəyan edib. Bu asteroid “Apollonlar” qrupuna aiddir və 18 aprel 1998-ci ildə kəşf edilib. Ümumilikdə isə qrupda 5 mindən çox asteroid mövcuddur. 

Xəbər xətti