Əfqanıstanda məsciddə partlayış -17 nəfər ölüb

15:37 - 18 Oktyabr 2019 - DÜNYA

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

APA-nın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb. Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər xətti