Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər

13:47 - 18 Oktyabr 2019 - Xəbər

Bu gün 16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlının məhkəməsi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclası Suraxanı rayon məhkəməsinin hakimləri aparacaq.
Qeyd edək ki, Ə. Muxtarlı cəzasının 3-də ikisini çəkdiyi üçün bu gün azadlığa çıxacağı ehtimal edilir.

***

Əfqan Muxtarlının vəkilləri Elçin Sadıqovla Zibeydə Sadıqova hazırda cəzaçəkmə müəssisəsinə gəliblər. E. Sadıqov bildirib ki, onlara bu barədə heç bir rəsmi məlumat verilməyib. 

Xəbər xətti