2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

14:04 - 17 Oktyabr 2019 - Xəbər

"2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq".

Bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir bildirib ki, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub:

"Sertifikasiya prosesinə başlanması üçün həmin müddəalara uyğun hökumət tərəfindən normativ sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər"./Apa

Xəbər xətti