“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi nə vaxt istifadəyə veriləcək?- BNA

12:21 - 16 Oktyabr 2019 - Xəbər

Bildiyimiz kimi sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı oldu. Həmin tarixdən 20 gündən artıq vaxt keçməsinə baxmayaraq Mübadilə Mərkəzi istifadəyə verilməyib.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Ucnoqta.az-a bildirdi ki, Mübadilə Mərkəzinin istifadəyə verilməsində heç bir gecikmə yoxdur: “Yaxın günlərdə Mərkəz sərnişinlərin istifadəsinə veriləcək”.

Mais Ağayevin sözlərinə görə, artıq HUB-a daxil olacaq avtobusların sürücüləri təlimatlandırılıb: “Sürücülər üçün test yürüşləri həyata keçirilib. Ərazidə vətəndaşlara kömək edəcək könüllülər təlimatlandırılıb”.

Emin

Xəbər xətti