Bakıda bir ay əvvəl itkin düşmüş qız tapılıb

10:04 - 16 Oktyabr 2019 - HADİSƏ

Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb.

Hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Maykovski küçəsində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Ə.Muradova Maykovski küçəsinndə yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ailəsinə təhvil verilib./report

Xəbər xətti