Azərbaycanlı Rusiyada məhkəmə qarşısında

10:00 - 16 Oktyabr 2019 - HADİSƏ

Rusiyanın Volqoqrad İstintaq Komitəsi 35 yaşlı Azərbaycan vətəndaşı Xəyal Məmmədovun cinayət işi ilə bağlı bütün faktları məhkəməyə təqdim edib. 

O, Qorodişen rayonunda 13 yaşlı məktəbli qıza təcavüzdə ittiham edilir.
İttihamlara görə, fevralın 1-də X.Məmmədov idarə etdiyi “QAZel” markalı mikroavtobusla gedərkən azyaşlıdan yolu göstərməyi xahiş edib. Mikroavtobusa oturan qızı meşəyə aparan şəxs orada azyaşlıya təcavüz edib. Hadisədən bir neçə saat sonra X.Məmmədov saxlanılıb.

Lakin bu ilin martında istintaqın uzanması səbəbindən o azadlığa buraxılıb, ancaq X.Məmmədov məsuliyyətdən qaça bilməyib.

Dindirilmələr zamanı o, azyaşlıya təcavüz etmədiyini, onu yalnız avtobusda gəzdirdiyini deyib. Ancaq müstəntiqlər onun azyaşlıya təcavüz etməsini sübut edə bilib. Bunun üçün lazımi materiallar toplanıb və məhkəməyə göndərilib.

X.Məmmədovu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./oxu.az

Xəbər xətti