Türkiyə ordusu Suriyada şəhid verdi

19:01 - 15 Oktyabr 2019 - Xəbər

Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.

Xəbər xətti