Ərdoğanın Azərbaycana səfəri başa çatıb

18:21 - 15 Oktyabr 2019 - Xəbər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.


Xəbər xətti