BŞBPİ: Razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

17:39 - 15 Oktyabr 2019 - Xəbər

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.” Xatırladaq ki, müxalifət oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.

Xəbər xətti