BŞTİ: 10 məktəb direktorunun əmək münasibətlərinə xitam verilib

11:17 - 15 Oktyabr 2019 - Xəbər

“2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub, 13 məktəb direktorunun isə iş yeri dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev “Yeni dərs ilinin başlanğıcında "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi ləğv edilib: "Bundan əlavə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 direktorla müqavilənin müddəti builki tədris ili çərçivəsində uzadılıb, 10 məktəb direktoru ilə əmək münasibətlərinə xitam verilib".

BŞTİ müdiri bildirib ki, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Xəbər xətti