Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar

18:53 - 14 Oktyabr 2019 - HADİSƏ

Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Astara dəmir yolu stansiyasında dayanmış teplovozdan 120 litr dizel yanacağı, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 100 metr elektrik naqili, Bakı Yük Stansiyasının ərazisindən isə rels altlığı oğurlamağa cəhd göstərmişlər - Astara şəhər sakini S.Bayramov, Bakı şəhər sakinləri B.Məmmədov, M.Hacıyev və İ.İsmayılov saxlanılıblar.

Araşdırmalar aparılır./trend

 

Xəbər xətti