Sürücülərinə DİQQƏTİNƏ: Bu yol bağlıdır

13:30 - 14 Oktyabr 2019 - Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb. 

"Report"un xəbərinə görə, bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq BDYPİ sürücülərdən xahiş edir ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər.

Xəbər xətti