Göyçayda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

13:25 - 14 Oktyabr 2019 - Xəbər

Göyçayda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Xəbər xətti