Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi

11:50 - 14 Oktyabr 2019 - Xəbər

“Atlas Medical Centre” MMC “Azərsu” ASC-ni məhkəməyə verib. 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən klinika əsassız hesablanmış 69336 manat borc məbləğin geri qaytarılmasını istəyib. Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməyib və işə onların iştirakı olmadan baxılmamasını xahiş ediblər.

Məhkəmə klinikanın iddia ərizəsini baxılmamış saxlayıb./oxu.az

Xəbər xətti