Zərdabın 4 kəndinə qaz təchizatı dayandırılıb

18:51 - 12 Oktyabr 2019 - Xəbər

Zərdab rayonunun 4 kəndinin qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər.

Saat 15:00-dan 4 kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb. 


Xəbər xətti