Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir - Foto

13:08 - 12 Oktyabr 2019 - Xəbər

Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq./trend


Xəbər xətti