Polis dənizdə icazəsiz balıq ovu edənlərə xəbərdarlıq edib

17:39 - 11 Oktyabr 2019 - Xəbər

"Dənizə balıq ovuna çıxan insanlara möhürlü icazəni Dövlət Sərhəd Xidməti verir".

Bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

"Balıqçılar var ki, həmin möhürə məhəl qoymadan, kiminsə gözündən yayınaraq dənizə gedir. Həmin balıqçılara səslənirik ki, belə hallara yol verməsinlər. Hava şəraiti uyğun olmayan, yaxud başqa vaxt möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda tutulduğu zaman cərimə edilir. Belə faktların sayı il ərzində çox olur", - o bildirib./report

 

Xəbər xətti