Gəncədə torpaq davası: ov tüfəngi ilə qonşusunu öldürdü

17:19 - 11 Oktyabr 2019 - HADİSƏ

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Hadisə “Dəmiryol ərazisi” adlanan yerdə qeydə alınıb.
Belə ki, şəhər sakini Akif İsrafilovla qonşusu, 1990-cı il təvəllüdlü Zeynal Kərimov arasında torpaq üstündə mübahisə yaranıb.
Nəticədə, A.İsrafilov ov tüfəngi ilə qonşunu öldürüb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır./oxu.az

Xəbər xətti