Sabunçuda bədbəxt hadisə - 19 yaşlı oğlanı elektrik vurub öldürdü

10:01 - 10 Oktyabr 2019 - HADİSƏ

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.
2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib./trend

Xəbər xətti