ABŞ-a viza üçün 15.000 dollarlıq nağd depozit proqramı genişləndirilir

00:00 - 19 Mart 2026 - DÜNYA

ABŞ-a giriş vizaları üçün 15.000 dollarlıq nağd depozit proqramı ilə əhatə olunan ölkələrin sayını artırmaq qərarı verilib.

Ucnoqta.az bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.

2 apreldə bu proqrama daha 12 ölkə əlavə olunacaq: Qrenada, Gürcüstan, Kamboca, Lesoto, Mavriki, Mozambik, Monqolustan, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları, Tunis və Efiopiya.

ABŞ-a görə, proqram yalnız işgüzar və turist vizalarına (B-1 və B-2 kateqoriyaları) və ABŞ-da qanunsuz olaraq qalanların əhəmiyyətli bir hissəsini təşkil edən ölkələrin vətəndaşlarına şamil edilir.

Buna görə də, gələn aydan etibarən 50 ölkə və ərazinin vətəndaşlarından ABŞ turist və işgüzar giriş vizaları almaq üçün nağd depozit tələb olunacaq. 
Proqram hazırda Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Kabo-Verde, Kot-d'İvuar, Kuba, Cibuti, Dominika, Fici, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qırğızıstan, Mavritaniya, Malavi, Namibiya, Nepal, Nigeriya, San-Tome və Prinsip, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tuvalu, Türkmənistan, Uqanda, Vanuatu, Venesuela, Zambiya, Zimbabve kimi ölkələrə şamil olunur.

ABŞ Dövlət Departamentinin məlumatına görə, əmanətçi ABŞ-dan vaxtında çıxdıqdan sonra əmanət tam şəkildə geri qaytarılır.

Xəbər xətti