Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda bədbəxt hadisə - <font color=red><b>19 yaşlı oğlanı elektrik vurub öldürdü</b></font>

10:01 - 10 Oktyabr 2019 tarixində dərc olunub.

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.
2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib./trend

Müəllif: