"Moyka"dan avtomobil qaçıran şəxs saxlanılıb

10:24 - 19 Mart 2026 - HADİSƏ

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
 Araşdırma aparılır.

Xəbər xətti