Avtomobil yarış zamanı DƏHŞƏT: kişi göydə “uçdu” - VİDEO

15:16 - 9 Oktyabr 2019 - HADİSƏ

Ukraynada keçirilən avtomobil yarışı zamanı maşınlardan biri kənarda izləyən azarkeşi vurub.

Ucnoqta.az xəbər verir ki, insidentin görüntüləri Çerkass şəhərində qeydə alınıb.

Kadrlarda, sürətlə hərəkətdə olan yarış maşınının idarəetmədən çıxaraq yol kənarına istiqamətləndiyi görülür. Bundan sonra avtomobil, səkidə dayanaraq yarışı izləyən azarkeşə dəyir və qəzanın şiddətindən 31 yaşlı kişi havaya qalxaraq metrlərlə uçaraq yerə düşür.

Yerli medianın yazdığına görə, o, ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Namiq Musayev

 

 

Xəbər xətti