Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.