Biləsuvar rayonunda yol qəzası baş verib.
Hadisə Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, "Niva" markalı minik avtomobili yolun kənarında dayanmış 3 inəyi vurub. Qəza nəticəsində heyvanlardan biri ölüb. Məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır./report