İranda zəncirvari qəza; ölən və yaralanan var

10:18 - 6 Oktyabr 2019 - DÜNYA

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.
P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.
Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub.
Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib./trend

Xəbər xətti