ABŞ-da hərbçilər paraşütlə tullanarkən külək onları apardı - 22 nəfər xəsarət aldı

22:48 - 3 Oktyabr 2019 - DÜNYA

ABŞ-ın Missisipi ştatında hərbi təlimlər zamanı 22 hərbçi xəsarət alıb.

Bir qrup hərbçi təyyarədən paraşütlə tullanarkən güclü külək onları aparıb.
Bəzi hərbçilərin paraşütləri ağaclara ilişib. Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib.
Yaralıların həyatına təhlükə olmadığı deyilir./trend

 

Xəbər xətti