Lavrov Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid etdi - VİDEO

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsindən söz açıb.

S.Lavrov bildirib ki, son dövrlər təmas xəttində sakitlikdir və insidentlər azalıb. Rusiya XİN başçısı qeyd edib ki, həlak olanların meyitləri mübadilə olunub.
“Hazırda saxlanılan şəxslərin də mübadiləsi üçün hazırlıq gedir. Çox az sayda olsa da, bu prosesə start verilib”, - deyə S.Lavrov əlavə edib.

Bölgədə vəziyyətin sakit olduğunu vurğulayan S.Lavrov onu da bildirib ki, buna baxmayaraq, siyasi proses dayanıb.

“Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.

O qeyd edib ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün Rusiya əlindən gələni edəcək.
S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından izlədiyini  də qeyd edib. S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatını da tənqid edib:
“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Amma biz həmsədrlər sülh üzərində işləyirik. Biz istəyirik ki, dəfələrlə müzakirə olunan əsas prinsiplər əsasında həll yolunu tapaq”./oxu.az

Tarix
2 Oktyabr 2019 [19:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-02 19:00:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin