Rusiyada keçirilən festivalda “Göyçək Fatma” tamaşası diplomla təltif olunub

17:56 - 1 Oktyabr 2019 - Mədəniyyət

Bakı Uşaq Teatrı Rusiya federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında uğurla iştirak edib geri dönüb.

Ucnoqta.az xəbər verir ki, Əməkdar artisti İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırladığı “Göyçək Fatma” tamaşasında rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa edir.

Festivalda nümayiş olunmuş “Göyçək Fatma” tamaşası diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya Höküməti tərəfindən təşəkkür məktubu ünvanlanıb. Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.


Xəbər xətti