Yeznə həbsdə olan qaynına heroin vermək istədi- FOTO

12:33 - 26 Sentyabr 2019 - HADİSƏ

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.1 və 67.1-ci maddələrinə əsasən 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsədov Əsgər İlham oğlu ilə qısamüddətli görüşə gəlmiş yeznəsi Kəngərli rayon sakini Əliyev Anar Bəxtiyar oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi bükülüdə 0,238 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti