İran Prezidenti ABŞ-a getdi

12:25 - 23 Sentyabr 2019 - DÜNYA

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

İRNA-nın məlumatına görə, İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib ki, H.Ruhani Baş Assambleyada çıxış edəcək.

Onun sözlərinə görə, H.Ruhani bununla yanaşı, başqa ölkələrin prezidentləri, media elitası və bir sıra ekspertlərlə görüş keçirəcək.
H.Ruhaninin mətbuat konfransı keçirəcəyi də proqrama daxil edilib./oxu.az

Xəbər xətti