Qubada yanğını söndürməyə gedən FHN-in maşını çayda batıb - VİDEO

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib. Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Tarix
15 Sentyabr 2019 [18:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-15 18:40:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin