ABŞ-nin Ukrayna məsələsində Avropa ilə işləməsinə ehtiyac yoxdur; bu münaqişə minlərlə kilometr uzaqdadır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz onları qoruyuruq. Biz onlarla Ukrayna məsələsində işləyirik. Ukrayna minlərlə kilometr uzaqdadır və geniş okeanla ayrılıb. Biz bunu etməməliyik, amma etdik", - deyə o, bir neçə Avropa NATO tərəfdaşını Hörmüz boğazında ABŞ-nin planlaşdırdığı koalisiyaya qoşulmaq istəmədiklərinə görə tənqid edib.