Ucnoqta.az
www.ucnoqta.az

Qubada yanğını söndürməyə gedən FHN-in maşını çayda batıb - <font color=red><b>VİDEO</b></font>

18:40 - 15 Sentyabr 2019 tarixində dərc olunub.

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib. Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Müəllif: