Pakistan Hərbi Hava Qüvvələri Kabildə hava hücumları həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, hücum nəticəsində narkotik reabilitasiya mərkəzinə ziyan dəyib.
O bildirib ki, Pakistan bir daha Əfqanıstan hava məkanını pozaraq Kabildəki narkotik reabilitasiya mərkəzinə zərbə endirib, müalicə alan narkotik asılılarını öldürüb və yaralayıb.