Fransada mer və həyat yoldaşı azadlıqdan məhrum edilib

17:25 - 13 Sentyabr 2019 - DÜNYA

Fransanın Lövallua Perre şəhərinin merinə vergidən yayındığına görə həbs cəzası verilib. 

Məhkəmə Patrik Balkaniyi 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, merin həyat yoldaşına da üç il həbs cəzası kəsilib.
Eyni zamanda onlar 10 il müddətinə seçilmək və şirkət idarə etmək hüququndan da məhrum ediliblər.

Qeyd edək ki, P.Balkani və həyat yoldaşı 4 milyon avro məbləğində vergidən yayınmaqda günahkar bilinirlər. Merə qarşı korrupsiya ittihamına görə daha bir məhkəmə işi oktyabrın 18-də keçiriləcək. O, ittihamlar sübuta yetiriləcəyi təqdirdə 7 il azadlıqdan məhrum edilə və bütün əmlakı müsadirə oluna bilər./report 

 

Xəbər xətti