Belarusiyada iki yaşlı uşaq ehtiyatsızlıqdan anasını boğub

22:51 - 12 Sentyabr 2019 - HADİSƏ

Belarusiyada iki yaşlı uşaq təsadüfən anasını öldürüb

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Brest bölgəsində, iki yaşlı qız təsadüfən anasının boynunu avtomobilin pəncərəsi arasında qoyub. Nəticədə 20 yaşlı qadın boğulub. Hadisə Staroe Selo kəndində qadın ailəsi ilə birlikdə istirahət edərkən baş verib. Qadının həyat yoldaşı onu hüşsuz vəziyyətdə başı avtomobilin ön şüşəsinin arasında sıxılmış vəziyyətdə tapıb. O, avtomobilin şüşəsini sındıraraq təcili tibbi yardım çağırsa da artıq gec olub. İlkin məlumata görə, qadın azyaşlını avtomobilin açıq pəncərəsindən çıxarmaq istəyərkən uşaq avtomatik şüşə qaldıran düyməsini basıb.

 Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər xətti