Yevlaxda “Azərişıq” ASC-nin yarımstansiyasında yanğın olub

10:05 - 8 Sentyabr 2019 - HADİSƏ

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti