Metroda sərnişinləri bu cür qarət edirlər - VİDEO

Argentinada soyğunçular metroda sərnişinləri yeni üsulla qarət edirlər. Qarətçilər, qatarın hərəkət etdiyi anda açıq pəncərədən qollarını içəri salaraq vətəndaşların telefonlarını oğurlayırlar. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, analoji hadisə paytaxt Buenos Ayresdə San Xuan metro stansiyasında baş verib. Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdə, platformada 3 şəxsin qatarın tərpənməsini gözlədiyini və qatarın hərəkət etməsi ilə tez açıq olan pəncərəyə yaxınlaşdığı görülür. Onlar bir anda qollarını pəncərədən içəri salaraq sərnişinlərin əlindən telefonu götürərək, heç nə olmamış kimi stansiyada gəzirlər. Vəziyyəti polis əməkdaşlarına bildirdikdən sonra, hərəkətə keçən polis 3 oğrunu cinayət başında yaxalayaraq həbs edib.

 

Namiq Musayev

 

 

Tarix
6 Sentyabr 2019 [14:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-06 14:16:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin