Bakıda məmur iş vaxtı öldü

12:13 - 5 Sentyabr 2019 - HADİSƏ

Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib. Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti