Biləsuvarda ağır yol qəzası: sürücü avtomobilin ön şüşəsindən çölə düşüb

10:48 - 5 Sentyabr 2019 - HADİSƏ

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində sürücü Firdovsi Alməmmədli ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin təsirindən sürücü avtomobilin ön şüşəsindən çölə düşüb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti