ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya siyahısına 9 fiziki şəxs, 16 şirkət və 6 gəmi daxil edilib.  Məhdudiyyətlər tətbiq olunan şirkətlərlə əlaqəsi olan İran, BƏƏ, Hindistan, Livan vətəndaşlarına da qadağalar qoyulub. 
                       
                                             
                                                        
