Rəcəb Tayyib Ərdoğan: "Su-57"lər "F-35"lərə alternativ ola bilər"

17:26 - 30 Avqust 2019 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bəzi açıqlamalar verib.


“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Türkiyə lideri hazırda Rusiya istehsalı olan “SU-57” qırıcı təyyarələrinin idxalına dair danışıqlar apardıqlarını qeyd edib.

“Danışıqlar davam edir. “MAKS-2019”dan sonra nazirliklərimizin nümayəndələri Rusiyada qalaraq orada işləyirlər. Kreditlər və müştərək istehsal barədə şərtlərimizi masa üstünə qoyacağıq”, - deyə R.T.Ərdoğan bildirib. 

O, ABŞ hökumətinin “F-35”lərin tədarükünə dair mövqeyini dəyişdirməyəcəyi halda vəziyyətə çarə axtaracaqlarını söyləyib.

Xəbər xətti